Daha bir veteran cüdoçumuz qızıl medal qazanıb
06.11.2024 - 10:35
Azərbaycanın daha bir veteran cüdoçusu ABŞ-nin Las-Veqas şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, Mərdan Qədirli (90 kq) M1 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
M3 kateqorisyasında çıxış edən İntiqam Ələkbərov (100 kq) bürünc mükafat əldə edib.
Qeyd edək ki, daha əvvəl Fərhad Rəcəbli (90 kq, M8) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
- Cüdoçularımız Avropa Açıq Turnirini 3 medalla başa vurub - FOTO
- "İstedadların seçimi" yarışının II turu başa çatıb
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
- Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək
1
0