Murad Fətiyev finala yüksələ bilmədi – Bürünc medal uğrunda döyüşəcək - YENİLƏNİR
08.10.2026 - 15:07
Murad Fətiyev finala yüksələ bilmədi – Bürünc medal uğrunda döyüşəcək - YENİLƏNİR

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Murad Fətiyev yarımfinal görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yaponiyalı Qoki Tayima ilə qarşılaşıb.

Rəqibinə məğlub olan Fətiyev finala yüksələ bilməyib. O, bürünc medal uğrunda görüşdə serbiyalı Nemanya Maydovla üz-üzə gələcək.

Qeyd edək ki, Murad Fətiyev mundialda əvvəlki görüşlərində yunanıstanlı Teodoros Tselidisi və fransalı Aleksa Mitroviçi məğlub edib.

Xatırladaq ki, Azərbaycan cüdoçuları dünya çempionatında indiyədək 4 medal qazanıblar. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medala sahib çıxıblar.