
Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında keçirilən Avropa kuboku yekunlaşıb.
Apasport.az xəbər verir ki, yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu alınıb.
Cüdoçularımız 3 qızıl, 2 gümüş və 1 bürünc medala seviniblər.
Kişilərin mübarizəsində 90 kq-da çıxış edən Murad Fətiyev finalda Tokio Olimpiadasının gümüş mükafatçısı Eduard Trippelə (Almaniya) qalib gələrək çempion olub.
Bu çəki dərəcəsində Vüqar Talıbov bürünc medala sahib çıxıb.
Daha bir kişi cüdoçumuz Kərim Allahverdiyev isə 81 kq çəkidə gümüş medal qazanıb.
Qadınlar arasında 52 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Aydan Vəliyeva fəxri kürsünün birinci, Gültac Məmmədəliyeva isə ikinci pilləsinə qalxıb.
57 kq-da Fidan Əlizadə keçirdiyi dörd görüşün hamısında rəqiblərindən üstün olaraq millimizin hesabına daha bir qızıl medal əlavə edib.
İlk yarış günündə Kamran Süleymanov (-73 kq) və Nərmin Əmirli (-78 kq) üçüncülüklə yadda qalmışdılar.
Qeyd edək ki, Azərbaycan komandası ümumi nəticədə 3 qızıl, 2 gümüş və 3 bürünc medalla Avropa kubokunda 39 ölkədə arasında birinci olub.
- Yığma komandamız Avropa çempionatına hazırlıqlarını davam etdirir
- Yığmanın baş məşqçisi: “Avropa çempionatından yaxşı nəticə ilə qayıdacağıq”
- Millimiz Avropa çempionatına hazırlaşır
- Avropa çempionatında Azərbaycanı 16 cüdoçu təmsil edəcək
- Yeniyetmə cüdoçularımız Teplitse Avropa Kubokunda mübarizə aparacaq