Qazaxda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
29.04.2026 - 15:03
Mayın 3-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Qazaxda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Apasport.az xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.
- Cüdo üzrə Bakı birinciliyi keçiriləcək
- Cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
- Bakıda 483 cüdoçu birincilik uğrunda mübarizə aparacaq
- Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
- Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
0
0