Azərbaycanın bütün yaş qruplarından olan qadın cüdoçuları Avstriyanın Qrats şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilmiş təlim düşərgəsi iyunun 2-4-də keçirilib.
Toplanışa qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar, yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər. Təlim-məşq düşərgəsi qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklər arasında dünya çempionatında mübarizə aparacaq qadın cüdoçularımız hazırlığın növbətini mərhələsini Bakıda, gənc və yeniyetmə qızlarımız isə Avstriyanın Leybnits şəhərində davam etdirəcək.
- Azərbaycan cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək - DÖRDÜNCÜ DƏFƏ
- Cüdoçularımız Avropa Açıq Turnirini 3 medalla başa vurub - FOTO
- "İstedadların seçimi" yarışının II turu başa çatıb
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq