Monteneqronun paytaxtı Podqoritsa şəhərində cüdo üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan növbəti medalını qazanıb.
73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev 1/16 final Benjamin Levi (Böyük Britaniya) ilə üz-üzə gəlib və rəqibini məğlub edib. O, ardınca Otari Kvantidzedən (Portuqaliya) də güclü olub. Məmmədyarov 1/4 finalda Hidayət Heydərovun Paris-2024 Yay Olimpiya Oyunlarında qalib gəldiyi Joan-Benjamin Qabanı (Fransa) sınağa çəkib. Rəşid də onunla dueldən qalib ayrılaraq yarımfinala yüksəlib. O, bu mərhələdə Danil Lavrentevlə (İJF) gücünü yoxlayıb. Təəssüf ki, cüdoçumuz uğurlu seriyanı davam etdirə bilməyib.
Rəqib qələbə qazandığından Məmmədəliyev bürünc medal uğrunda Daniel Zeqedi (Macarıstan) ilə mübarizə aparıb. Təmsilçimiz qalib gələrək bürünc medala sahib çıxıb.
- Paracüdoçularımız Almaniyada Avropa çempionatında
- Hidayət Heydərov və Nizami İmranov Olimpiya Təlim Düşərgəsinə qatılıblar
- Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
- Azərbaycan cüdoçuları Almatıda təlim-məşq toplanışında iştirak edir
- Təmsilçilərimiz Avropa Kubokunu 7 medalla başa vurublar