Təmsilçimizdən Avropa Kubokunda bürünc medal
01.06.2025 - 12:28
Təmsilçimizdən Avropa Kubokunda bürünc medal

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kubokuna start verilib.

Apasport.az xəbər verir ki, ilk yarış günündə milli komandamız bir medal qazanıb. -78 kq çəki dərəcəsində çıxış edən Günel Həsənli üçüncü yeri tutaraq bürünc medala layiq görülüb. 

Qeyd edək ki, turnirdə 30 ölkədən 306 cüdoçu mübarizə aparır. Ölkəmiz Avropa Kubokunda 8 qadın cüdoçu ilə təmsil olunur.