“Atletiko” kapitanı ilə müqavilə yeniləyib
03.06.2025 - 01:19
İspaniya La Liqası komandalarından "Atletiko Madrid"in kapitanı Kokenin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi 2026-cı ilə qədər Madrid təmsilçisinin şərəfini qoruyacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Koke "Atletiko"nun yetirməsidir.
İspaniya millisinin sabiq üzvü komandasının heyətində indiyə kimi çıxış etdiyi 681 matçda 48 qol, 119 assistlə yadda qalıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0