Cüdo üzrə Azərbaycan millisinin məşqçilər korpusu noyabrın 15-16-da Polşanın Pila şəhərində keçiriləcək 23 yaşadək idmançılar arasında Avropa çempionatı üçün heyəti müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, heyətə Hüseyn Allahyarov (60 kq), Murad Muradlı (66 kq), Abil Yusubov, Rüfət Şövlətov (hər ikisi 73 kq), Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Aslan Kotsoyev (90 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq), Fəridə Mirzəyeva (48 kq), Aydan Vəliyeva, Xədicə Qədəşova (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Nərmin Əmirli (78 kq) daxil ediliblər.
Avropa çempionatında 31 ölkənin təmsilçiləri çıxış edəcəklər.
- Cüdoçularımız Avropa Açıq Turnirini 3 medalla başa vurub - FOTO
- "İstedadların seçimi" yarışının II turu başa çatıb
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Polşaya 19 cüdoçu ilə yollanırıq
- Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək