Bütün dünyanın 4 ildi həsrətlə gözlədiyi futbol bayramına start verilir. Apasport.az saytının məlumatına görə, sabahdan etibarən planetin gözü Rusiyadakı dünya çempionatında olacaq.
8 qrupa bölünən 32 komanda ən yaxşını müəyyən etmək üçün mübarizəyə başlayacaq. Hər turnirdə olduğu kimi, bu yarışın da favoritləri var. Kağız üzərində İspaniya, Fransa, Argentina, Braziliya, Almaniya və Belçika çempionluq uğrunda əsas rəqiblər hesab olunur. Lakin sürprizlərin olması da istisna deyil.
Açılış matçı sabah ənənəvi olaraq meydan sahibinin iştirakı ilə baş tutacaq. Belə ki, şimal qonşularımız A qrupu çərçivəsində doğma azarkeşləri önündə Səudiyyə Ərəbistanını sınağa çəkəcək.
Bütün qarşılaşmalarının maraqla gözlənildiyi mundialda qrup mərhələsinin ilk turunda xüsusi diqqət yetiriləcək bir görüş də var. Belə ki, B qrupunda yer alan Portuqaliya ilə İspaniya birinci turdaca üz-üzə gələcəklər.
DÜNYA ÇEMPİONATI
Qrupların tərkibi
A qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Uruqvay
B qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran
C qrupu: Fransa, Avstraliya, Peru, Danimarka
D qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya
E qrupu: Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya
F qrupu: Almaniya, Meksika, İsveç, Cənubi Koreya
G qrupu: Belçika, Panama, Tunis, İngiltərə
H qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya
I turun oyunları
14 iyun
A qrupu
19:00. Rusiya - Səudiyyə Ərəbistanı
Moskva, "Lujniki" stadionu
15 iyun
A qrupu
16:00. Misir - Uruqvay
Yekaterinburq, Mərkəzi arena
B qrupu
19:00. Mərakeş - İran
Sankt-Peterburq, “Krestovski” stadionu
22:00. Portuqaliya – İspaniya
Soçi, “Fişt” stadionu
16 iyun
C qrupu
14:00. Fransa – Avstraliya
Kazan, “Kazan Arena”
20:00. Peru – Danimarka
Saransk, “Mordoviya Arena”
D qrupu
17:00. Argentina – İslandiya
Moskva, "Otkritie Arena"
23:00. Xorvatiya – Nigeriya
Kalininqrad, Şəhər stadionu
17 iyun
E qrupu
16:00. Kosta-Rika – Serbiya
Samara, “Kosmos Arena”
22:00. Braziliya - İsveçrə
Rostov, “Rostov Arena”
F qrupu
19:00. Almaniya – Meksika
Moskva, "Lujniki" stadionu
18 iyun
F qrupu
16:00. İsveç – Cənubi Koreya
Nijni Novqorod, Şəhər stadionu
G qrupu
19:00. Belçika – Panama
Soçi, “Fişt” stadionu
22:00. Tunis - İngiltərə
Volqoqrad, “Volqoqrad Arena”
19 iyun
H qrupu
16:00. Kolumbiya – Yaponiya
Saransk, “Mordoviya Arena”
19:00. Polşa – Seneqal
Moskva, "Otkritie Arena