İsveçin paytaxtı Stokholmda “Brilyant Liqa”nın VI mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev yarışda finiş xəttinə yenə birinci çatıb.
O, dünya çempionu olduğu 200 m məsafəni bu dəfə 19,92 saniyəyə qət edib. İkinci pilləni Aaron Braun (Kanada, 20,07), üçüncü yeri Lukselo Adams (CAR) tutub.
Növbəti birincilik Quliyevin aktivindəki xalını 24-ə çatdırıb. Atlet bu səbəbdən də 2-ci pilləyə qalıb. O, ilk sırada yer alan Braundan 1 xal geri qalır.
Qeyd edək ki, Quliyev eyni məsafəyə “Brilyant Liqa”nın bu il Dohada keçirilən mərhələsini 3-cü, Şanxaydakı yarışı 6-cı, Oslodakı mübarizəni birinci yerdə bitirib.