35 xallıq fərq
02.12.2023 - 23:40
35 xallıq fərq

Qadın həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, bu gün IV tura start verilib.

"Qarabağ" turu inamlı qələbə ilə başlayıb. "İdman Akademiyası" ilə görüşdə 43:16 hesabı qeydə alınıb.

"Azəryol" isə daha böyük fərqlə qələbə qazanıb. "Bakı" ilə qarşılaşmada 35 xallıq fərq yaşanıb - 42:7.

Qeyd edək ki, IV turun son matçı dekabrın 9-da baş tutacaq.
 

0