Türkiyənin Antalya şəhərində Avropa Kamandan Oxatma Federasiyasının (World Archery Europe) 20-ci Konqresi keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə 38 ölkənin nümayəndələri iştirak edib, kamandan oxatmanın inkişafı və federasiyanın yeni rəhbərliyinin seçilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Konqresdə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov Federasiyanın İnkişaf və Texniki Komitəsinin üzvü seçilib. O, ilk turda tələb olunan səs sayını toplayaraq Federasiyanın rəsmi komitəsinə seçilən ilk azərbaycanlı nümayəndə kimi tarixə düşüb.
Qeyd edək ki, səsvermənin nəticələrinə əsasən, Türkiyə təmsilçisi Hakan Çakıroğlu Avropa Kamandan Oxatma Federasiyasının yeni prezidenti seçilib.
- Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək
- Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
- Azərbaycanlı idmançı Avropa çempionu oldu - Rumıniyada qızıl medal
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Antonelli Monako Qran-prisini lider tamamlayıb