Azərbaycanın hokkey komandası ilk dəfə beynəlxalq turnirdə iştirak edəcək
05.05.2025 - 16:55
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək hokkey üzrə beynəlxalq “Galaxy Cup” turnirində Azərbaycan ilk dəfə təmsil olunacaq.
Apasport.az xəbər verir ki, yarışda “Ocaq Sport” Klubunun 2013–2015-ci il təvəllüdlü 10 hokkeyçisi Azərbaycan adından iştirak edəcək.
Bu, Azərbaycan tarixində uşaq yaş qrupları üzrə hokkey sahəsində ilk beynəlxalq çıxış olacaq və ölkəmizdə bu idman növünün inkişafı baxımından mühüm addım hesab olunur.
Gənc idmançılar yalnız fərdi bacarıqlarını deyil, həm də Azərbaycan hokkey məktəbinin formalaşmaqda olan potensialını nümayiş etdirəcəklər.
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Antonelli Monako Qran-prisini lider tamamlayıb
- Azərbaycan dopinqlə bağlı Fransada keçirilən beynəlxalq konfransda təmsil olunub
- Dünya çempionatında medal qazanan deflimpiyaçılarla görüş keçirilib
- Azərbaycan kamandan oxatma tarixində ilk: Fərid Xəlilov WAE komitəsinə seçildi
0
0