Azərbaycanlı hakim-inspektor dünya çempionatına təyinat alıb
03.04.2026 - 14:56
Azərbaycanlı hakim-inspektor dünya çempionatına təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

Apasport.az xəbər verir ki, o, dünya çempionatının ilkin mərhələsinin oyunlarında hakimlərin işini qiymətləndirəcək.

Həmyerlimiz aprelin 9-dan 12-dək Litvanın Druskininkai şəhərindəki idman sarayında keçiriləcək matçlar zamanı iş başında olacaq.

Qeyd edək ki, C qrupunda meydan sahibi Litva ilə yanaşı, Şimali İrlandiya, Bolqarıstan və Türkiyə milliləri yer alıb.