Azərbaycanlı hakimə Avropa çempionatına təyinat alıb
24.01.2026 - 14:56
Azərbaycanlı hakimə Avropa çempionatına təyinat alıb

Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edən hakimlər arasında Azərbaycanın FİFA referisi Hikmət Qafarlı da var.

Apasport.az xəbər verir ki, həmyerlimiz növbəti təyinatını alıb.

O, bu dəfə B qrupunda keçiriləcək Ukrayna – Litva oyununun birinci hakimi olacaq.

Ona İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək edəcəklər. H. Qafarlının idarə edəcəyi görüş yanvarın 25-də, saat 19:00-da, 17500 azarkeş tutumu olan Kaunasdakı “Jalgiris Arena”da keçiriləcək.

Qeyd edək ki, FİFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutmuş Ermənistan – Ukrayna görüşünə olmuşdu.

Timekeeper kimi iş başında olan H. Qafarlı bu dəfə final mərhələsində ilk dəfə oyunun əsas hakimi kimi arenaya çıxacaq.