"Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Başımı qaldırıb yuxarı baxanda, millətimi görəndə ancaq qələbə barədə düşünürdüm".
“Apasport”un tədbirə ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri azərbaycanlı UFC döyüşçüsü Fərman Həsənov deyib.
O, mətbuat konfransında görüşlə bağlı fikirlərini bildirib:
"Döyüşü vaxtından tez bitirməyi düşünürdüm. Döyüşdən öncəki həftə xəstələndim, problemlər oldu. Sadəcə bəzi narahatlıqlar buna imkan vermədi. Amma belə də üç raundda qalib oldum. Rəqib də yaxşı hazırlaşmışdı. Daha çox teykdaun etdim və dominant tərəf oldum. Səhvlərimin üzərində işləməyə və daha da yaxşı döyüşməyə çalışacam.
Həsənov UFC-də döyüşməyə davam edəcəyini açıqlayıb: "UFC ilə 4 döyüşlük müqaviləm var. Şükürlər olsun ki, birini uğurla başa vurdum".
Qeyd edək ki, gecənin əsas döyüşündə Rafael Fiziev Manuel Torreslə qarşılaşacaq.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Oxatanlarımız Dünya Kubokunun IV mərhələsində mübarizə aparacaqlar