Həndbol üzrə Azərbaycan çempionatı start götürür
11.11.2023 - 15:20
Həndbol üzrə Azərbaycan çempionatı start götürür

Bu gün həndbol üzrə 30-cu Azərbaycan çempionatı start götürəcək

Apasport.az  xəbər verir ki, kişi və qadınların mübarizəsində 13 komanda yarışacaq.

Qadınlar arasında keçiriləcək turnirdə “Azəryol”, “Bakı”, “İdman Akademiyası”, “Gənclərbirliyi”
“Kür” və “Qarabağ” qələbə uğrunda mübarizə aparacaq. Kişilərin çempionatında isə 7 komanda - “İdman Akademiyası”, “Dinamo”, “Azəryol”, “Qarabağ”, “Kür”, “Təhsil” və “Bakı” mükafatçıları müəyyənləşdirəcəklər.

Qeyd edək ki, çempionatın oyunları “AHF Arena” və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

I turun proqramı
Kişilər
I tur
11 noyabr
“İdman Akademiyası” – “Dinamo”
“Azəryol” – “Qarabağ”
12 noyabr
“Kür” – “Təhsil”

Qadınlar
I tur
11 noyabr
“Bakı” – “İdman Akademiyası”
12 noyabr
“Kür” – “Qarabağ”

0