İbrahim Əliyev Avropa çempionatında finala yüksəlib
04.10.2025 - 14:44
İbrahim Əliyev Avropa çempionatında finala yüksəlib

Parabadmintonçumuz İbrahim Əliyev Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında kişilərin qoşa yarışında, SU-5 kateqoriyasında yarımfinala yüksəlib.

Apasport.az xəbər verir ki, İbrahim Əliyev və onun polşalı komanda yoldaşı Bartlomiej Mroz finala vəsiqə uğrunda qarşılaşmada İspaniya təmsilçiləri Manuel Qarsiya - Pablo Serrano cütlüyü ilə üz-üzə gəlib.

Təmsilçimiz və onun tərəfdaşı bu görüşdə 2:0 (21:16, 21:16) hesabı ilə qalib gələrək finala yüksəliblər.

Qeyd edək ki, daha əvvəl digər parabadmintonçumuz Zəhra Salmanlı da qitə çempionatında finala vəsiqə qazanıb.