“Kür” revanş arzusunda
21.10.2023 - 10:00
“Kür” revanş arzusunda

Kişi həndbolçulardan ibarət “Kür” avrokuboklarda mövsümün ilk ev oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Mingəçevir təmsilçisi EHF Avropa kubokunda 2-ci mərhələnin cavab görüşünü keçirəcək.

“Kür” Xorvatiyanın “Sesvete” komandasını qəbul edəcək. Səfərdə baş tutan ilk qarşılaşmada 15:30 hesabı ilə uduzan mingəçevirlilər doğma meydanda revanş almağa çalışacaq.

EHF Avropa kuboku
2-ci mərhələ, cavab oyunu
21 oktyabr
18:00. “Kür” (Azərbaycan) – “Sesvere” (Xorvatiya)

Mingəçevir. Kür Olimpiya Mərkəzi
İlk oyun – 15:30
 

0