Maqomedov finalda – Olimpiadaya lisenziya
18.09.2023 - 21:14
Maqomedov finalda – Olimpiadaya lisenziya

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçirilir.

Apasport.az saytı xəbər verir ki, Maqomedxan Maqomedov 97 (kq) turnirin finalına yüksəlib. 

Yığmamızın üzvü yarımfinalda Gürcüstanlı rəqibi Givi Maçaraşviliyə 6:1 hesabı ilə qalib gəlib. Bu uğur Maqomedova bu çəki dərəcəsində Paris Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb. 

Qeyd edək ki, Maqomedovin iştirakı ilə dünya çempionatının həlledici görüşünü sabah keçirəcək.
 

0