Millimiz bu gün növbəti oyununu keçirəcək
03.04.2024 - 10:18
Millimiz bu gün növbəti oyununu keçirəcək

Qadın həndbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün V tura start veriləcək.

Apasport.az xəbər verir ki, 5-ci qrupda yer alan Azərbaycan millisi növbəti oyununa çıxacaq.

Yığma Şimali Makedoniyanı qəbul edəcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Komandalar arasında Şimali Makedoniyada keçirilən görüşdə meydan sahibləri 40:17 hesablı qələbə qazanmışdılar.

Hazırda Azərbaycan millisi 2 xalla qrupda sonuncu – 4-cü pillədə yer alıb. Şimali Makedoniya isə 4 xalla ikincidir.

0