Millimiz İsveçə məğlub oldu
11.04.2025 - 23:07
Millimiz İsveçə məğlub oldu

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız bu gün İsveçlə qarşılaşıb.

Bu, komandamızın Avropa çempionatının əsas mərhələsi çərçivəsində son səfər oyunu olub. İsveçlə görüşə yaxşı başlayan futzalçılarımız 2-ci dəqiqədə iki top fərqli üstünlük qazanıb. Millimiz fasiləyə 3:2 hesablı qələbə ilə yollansa da, meydan sahibləri geridönüş ediblər. 4:3 hesabı ilə qalib gələn İsveç sonuncu pilləni tərk edib.

Hesabında 2 xal olan yığmamız qrup sonuncusudur.

Avropa çempionatının əsas mərhələsi
V qrup, V tur

11 aprel

21:00. İsveç – Azərbaycan - 4:3
Qollar: 
Fredrik Söderqvist, 10:23; 36:41, Petrit Zhubi, 14:59. Donat Qaşi, 38:03 - Oktay Rüstəmli, 1:07; 1:46. Rüstəm Bağırov, 11:50
Hakimlər: Peter Nurse, Cordan qriffits, Oliver Rodrigez-Ballinger (İngiltərə)