Millimiz Portuqaliyanı darmadağın etdi - YENİLƏNİB
01.11.2023 - 22:11
Millimiz Portuqaliyanı darmadağın etdi - YENİLƏNİB

Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə start verilir.

Apasport.az xəbər verir ki, qrup mərhələsini lider tamamlayan Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.

Elşad Quliyevin kpmandası H qrupunu 2-ci pillədə başa vuran Portuqaliya seçməsi ilə üz-üzə gəlib. 

Millimiz bu görüşdə qalib gələrək 1/4 final mərhələsinə adlayıb. Bu mərhələdəki rəqibimiz Bolqarıstan - İngiltərə görüşündən sonra bəlli olacaq.

Minifutbol üzrə dünya çempionatı, 1/8 final mərhələsi

Azərbaycan - Portuqaliya - 3:0 

Qollar: Mirmehdi Rzayev 30, Elvin Əlizadə 45, Rəvan Kərimov 50

0