Millinin Gürcüstanla oyunlar üçün heyəti AÇIQLANIB
12.04.2024 - 19:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti AÇIQLANIB

Futzal üzrə Azərbaycan millisinin heyəti bəlli olub.

Apasport.az xəbər verir ki, yığmanın Gürcüstanla yoldaşlıq oyunları üçün yekun heyətini Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.

Millimiz Tbilisi səfərinə 14 futzalçı ilə yollanacaq. Komandamız aprelin 14-də və 16-da Gürcüstan yığması ilə qarşılaşacaq. Görüşlər Tbilisi İdman Sarayında baş tutacaq.

Qeyd edək ki, baş məşqçi Vitali Borisovun rəhbərlik etdiyi yığma aprelin 13-də səfərə çıxacaq.

1

Emin Kürdov

Araz-Naxçıvan

2

Rövşən Hüseynli

Atırau (Qazaxıstan)

3

Novruz Kazıxanov

Araz-Naxçıvan

4

Emil Həsənzadə

Araz-Naxçıvan

5

Xəzər Ağalızadə

Araz-Naxçıvan

6

Tofiq Mikayılov

Baku Fire

7

Kənan Manafov

Baku Fire

8

Oktay Rüstəmli

Baku Fire

9

Nihad İsmayılov

Baku Fire

10

Fərid Atakişiyev

Neftçi İK

11

Ülvi Əliyev

Neftçi İK

12

Amir Şojaei

Neftçi İK

13

İlham Alıyev

U-19

14

Murad Quluzadə

Baku Fire

0