Ölkə birinciliyinin zona yarışına start veriləcək
21.03.2024 - 00:56
Ölkə birinciliyinin zona yarışına start veriləcək

Martın 21-də Göygöl Olimpiya İdman Kompleksində 16 yaşadək həndbolçu oğlanlar arasında Azərbaycan birinciliyinin zona yarışına start veriləcək.

Apasport.az xəbər verir ki, qalib komanda final mərhələsində iştirak etmək hüququ qazanacaq.

Zona yarışında Gəncə, Mingəçevir, Göygöl, Qazax və Şirvanı təmsil edən komandalar qələbə uğrunda mübarizə aparacaqlar. Martın 22-dək davam edəcək birincilik Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.

0