7–12 iyul 2026-cı il tarixlərində İspaniya Krallığının paytaxtı Madrid şəhərində kamandan oxatma idman növü üzrə Dünya Kubokunun 4-cü mərhələsi keçiriləcək.
Apasport.az xəbər verir ki, beynəlxalq yarışda Azərbaycanı Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova təmsil edəcəklər. Oxatanlar fərdi, komanda və qarışıq növlərdə hədəf önünə keçərək yüksək nəticələr uğrunda mübarizə aparacaqlar. Hazırda milli komandanın üzvləri bu mötəbər yarışa hazırlıq məqsədilə Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadırlar.
Qeyd edək ki, Madriddə təşkil olunacaq kubok çərçivəsində milli komandaya baş məşqçi Natiq Fazilov və texniki direktor Vladimer Lekveişvili rəhbərlik edəcək.
- Rusiya ilə bağlı qərar - BOK məhdudiyyətləri ləğv etdi
- Azərbaycan idmançıları Gürcüstanda keçirilən beynəlxalq turnirdə medal qazanıblar
- MOK rəsmisi İstanbul-2027 Avropa Oyunlarının şef de-mission seminarına qatılıb
- UFC: Rafael Fizievdən erkən nokaut
- Fərman Həsənov: Bəzi problemlər buna imkan vermədi