UFC: Çimaevlə Striklendin döyüşü erkən başladı - VİDEO
08.05.2026 - 11:44
UFC: Çimaevlə Striklendin döyüşü erkən başladı - VİDEO

Mayın 10-da Mütləq Döyüş Çempionatının (UFC) növbəti tədbiri baş tutacaq.

Apasport.az xəbər verir ki, "UFC 328" çərçivəsində iki kəmər döyüşü keçiriləcək.

Orta çəki dərəcəsində çempion Hamzat Çimaev Şin Striklendlə üz-üzə gələcək.

Yarımyüngül çəki dərəcəsində isə Yoşua Van kəmərini Totsuro Tayraya qarşı müdafiə edəcək.

Döyüşdən öncə idmançıların rəsmi çəkiölçmə mərasimi keçirilib. Çimaev üzləşmə zamanı Striklendə zərbə endirib. Tərəfləri təhlükəsizlik əməkdaşları sakitləşdirib.

Videonu diqqətinizə çatdırırıq: