Bakıda “Yüksələn Ulduzlar” ənənəvi Fudokan karate turniri keçirilib - FOTO
24.11.2025 - 19:53
Bakıda “Yüksələn Ulduzlar” ənənəvi Fudokan karate turniri keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində Gənclər və İdman Nazirliyinin rəhbərliyi və Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənc idmançılar arasında ənənəvi Fudokan karate üslubu üzrə “Yüksələn Ulduzlar” karate turniri keçirilib.

Apasport.az xəbər verir ki, yarışda ölkənin müxtəlif klublarını təmsil edən 600-dən artıq uşaq, yeniyetmə və gənc karateçi iştirak edib.

Yarışın sonunda qalib və mükafatçılar Azərbaycan Karate Federasiyasının təsis etdiyi xüsusi medal və diplomlarla, komanda üzrə fərqlənən idmançılar isə kəmər və pul mükafatları ilə təltif olunublar.