Amerikalı gimnast 5 qızılla rekordçu oldu
05.10.2023 - 01:32
Amerikalı gimnast 5 qızılla rekordçu oldu

Amerikalı gimnast Simoma Baylz beşinci dəfə dünya çempionu olub. 

Apasport.az saytı xəbər verir ki, o, Antverpendə keçirilən turnirdə komanda çoxnövçülüyündə bu uğuru əldə edib.

Bu qələbə sayəsində Baylz rekord sayda qızıl medal əldə edib. Amerikalı gimnast hesabında dörd dünya çempionluğu olan rumıniyalı Simone Amanar, çinli Huan Syuyu, Yan Veyu və Çen İbinu arxada qoyub.

Qeyd edək ki, Simona 4 qat Olimpiya çempionudur.
 

0