İdmançımız dünya çempionatında 2 medal qazanıb
11.10.2025 - 00:07
Misirin paytaxtı Qahirədə Parapauerliftinq üzrə Dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycanın yeniyetmə parapauerliftinqçisi İlhamiz Kərimov (107 kq) uğurlu çıxışı ilə yadda qalıb.
16 yaşlı idmançı ümumi qaldırmada üç hərəkətin cəmində 185 kq nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
O, həmçinin ən yaxşı qaldırmada 95 kq nəticə ilə gümüş medala sahib çıxıb.
- Azərbaycan yanğın və xilasetmə idmanı üzrə dünya çempionatlarına ev sahibliyi edəcək
- Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
- Azərbaycan millisi Asiya Kubokunda iki medal qazanıb
- “Kadillak”da yeni müqavilə - RƏSMİ
- Yığmamız Asiya Kubokunun II mərhələsində iştirak edəcək
0
0