İspaniyalı xizəkçi olimpiadada ilkə imza atdı - 54 ildən sonra
20.02.2026 - 17:52
İspaniyalı xizəkçi Oriol Kardona Kol XXV Qış Olimpiya Oyunlarının qalibi olmaqla ilkə imza atıb.
Apasport.az xəbər verir ki, o, 1972-ci ildən bəri Qış Olimpiya Oyunlarında qızıl medal qazanan ilk ispan idmançı olub.
Xizəkçi bu uğura fevralın 19-da keçirilən sprint yarışında nail olub.
Qeyd edək ki, sonuncu dəfə bu nailiyyəti dağ xizəkçisi Fransisko Fernandes Oçoa 54 il əvvəl slalom yarışında qazanmışdı.
- “Formula 1”: Norris mübarizəni dayandırdı
- “Formula 1”: Albonun bolidi sıradan çıxdı
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
- Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
- Böyük Britaniya səfiri Bakıdakı "Formula 1" yarışında medianın fəaliyyəti ilə tanış olub
0
0