Perunun paytaxtı Lima şəhərində keçirilən qılıncoynatmanın sablya növü üzrə qadınların Dünya Kubokuna yekun vurulub.
Apasport.az xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət millimiz komanda yarışında yekun sıralamada 24 ölkə arasında 6-cı olub.
İlk görüşdə Kolumbiya yığmasına 45:27 hesabı ilə qalib gələn qadın sablyaçılarımız, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin reytinq favoritlərindən sayılan Yaponiya seçmə kollektivini 45:39 hesabı ilə məğlub edib.
Bürünc medalın bir addımlığında olan millimiz yarımfinal uğrunda qarşılaşmada Polşa sablyaçıları ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş Polşa yığmasının 45:44 hesablı qələbəsi ilə başa çatıb.
Komandamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə Koreya Respublikası yığmasını 45:41 hesabı ilə məğlub edib, İtaliya seçmə kollektivinə 42:45 hesabı ilə uduzub.
- МОК transgender idmançıların Olimpiadada iştirakını qadağan edib
- Hokkeydə daha əvvəl görülməyən qol - VİDEO
- Corc Rassell Çin Qran-prisinin sprint yarışının qalibi oldu
- Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna yekun vurulub - FOTO
- Xizək Alpinizmi üzrə Avropa Çempionatının üçüncü gününə yekun vurulub - FOTO