"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ
25.05.2026 - 14:26
"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

Transfer çalışmalarına başlayan “Araz-Naxçıvan” komandanın qapıçısı Tərlan Əhmədli ilə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 31 yaşlı qolkiper daha bir il Naxçıvan təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Tərlan Əhmədli 2024-cü ilin yayından “Araz-Naxçıvan”da çıxış edir.