İspaniyanın Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb. Apasport.az saytı xəbər verir ki, beynəlxalq turnirin ikinci günündə Azərbaycan cüdoçuları 1 gümüş və 2 bürünc medal qazanıblar.
Oğlanların mübarizəsində Yaqub İsmayılzadə (-90 kq) "gümüş", Hacıbala Cəbrayılov (73 kq) və Toğrul Salmanov (+90 kq) "bürünc" əldə edib.
Beləliklə, yeniyetmə cüdoçularımız İspaniya turnirini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. Avropa kubokunun ilk günündə Vüsalə Kərimova qızıl, Mirağa Hacıyev isə gümüş medal qazanıb.
Qeyd edək ki, İspaniya turniri bu il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.