[b]DÇ-2018-ə alternativ?[/b]
15.11.2017 - 11:44
ABŞ Futbol Federasiyası yeni ideya ilə çıxış edib. Apasport.az saytının məlumatına görə, qurum gələn ilin yayında beynəlxalq turnir keçirməyi planlaşdırır.
Yarışda DÇ-2018-ə vəsiqə qazana bilməyən güclü yığmaların iştirakı planlaşdırılıb. Meydan sahibləri, həmçinin İtaliya, Hollandiya, Çili və Qana kimi komandalar dəvət göndəriləcək millilər sırasında olacaq. Turnirin DÇ-2018-in startına qədər baş tutacağı gözlənilir.
Qeyd edək ki, mundialdan kənarda qalanlar sırasında Ukrayna, Türkiyə, İrlandiya, Şimali İrlandiya Fil Dişi Sahili kimi güclü yığmalar da var.
0
0