[b]“Kəpəz” tarixi derbinin hazırlığına başladı[/b]
22.08.2017 - 16:21
Azərbaycan Premyer Liqasının III turunda səfərdə “Neftçi” ilə görüşəcək “Kəpəz” bu gündən oyunun hazırlığına başlayıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” tarixi derbiyə Bakıda hazırlaşır.
Komanda məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında keçir. “Kəpəz”in oyundan öncəki son məşqi matçın keçiriləcəyi arenada olacaq.
Qeyd edək ki, “Neftçi” – “Kəpəz” qarşılaşması avqustun 25-də baş tutacaq.
0
0