[b]Maksimov “Keşlə”yə ukraynalı futbolçu gətirir[/b]
12.01.2018 - 00:31
“Keşlə”nin ukraynalı çalışdırıcısı Yuri Maksimov komandaya həmyerlisini dəvət edib. Apasport.az saytının məlumatına görə, bu barədə mütəxəssis “footboom.com” nəşrinə açıqlama verib.
O, bildirib ki, “Yagelloniya”dan ayrılan Dmitro Xomçenovskiyə dəvət yollayıb: “Onunla iki həftə əvvəl maraqlanmağa başladıq. Yenidən söhbət edəcəyik, hazırda bizim dəvətimizi düşünür. Əgər qəbul eləsə, “Keşlə”nin oyunçusu olacaq. Başqa ukraynalı futbolçu dəvət edib-etməyəcəyimə gələcəkdə qərar verəcəyik”.
Qeyd edək ki, Donetsk “Olimpik”inin yetirməsi olan Xomçenovskinin son klubu Polşa təmsilçisi “Yagelloniya” olub. O, bir neçə gün əvvəl klubdan ayrılaraq azad agentə çevrilib.
0
0