[b]Mortoza Cahandost fərqi azaltdı[/b]
24.02.2018 - 21:43
Bu gün futzal üzrə Yüksək Liqada keçirilən oyunlar bombardirlərin yarışına da təsir edib. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, “Xəmsə” ilə matçda 7 qol vuran “Yasamal”ın hücumçusu Mortoza Cahandost göstəricisini yaxşılaşdırıb.
İranlı legioner hazırda 18 qolla Sultanovu izləyir. Het-trik edən Samir Əmirov isə üçüncü pilləyə yüksəlib.
Renat Sultanov (“Marafon Futsal”) – 20 qol
Mortoza Cahandost (“Yasamal”) – 18
Samir Əmirov (“Xəmsə”) – 16
Telez Tiaqo (“Araz”) – 15
Eduardo Borqes (“Araz”) – 12
0
0