Azərbaycan Premyer Liqasında mövsümün başa çatan ilk yarısının ən yaxşı bombardiri Baqali Dabo olub. Apasport.az saytının məlumatına görə, hücumçu ilk yarıda 9 qol vurub.
Bu məhsuldarlıq son 5 il üçün rekordun təkrarıdı. Belə ki, son 5 mövsümdə heç bir futbolçu qış fasiləsinədək bundan çox qol vura bilməyib.
2013/14 mövsümündə Vaqif Cavadov, növbəti yarışda isə Nurlan Novruzov da 9 dəfə fərqlənmişdi. Son iki çempionatda isə 7 qol qış fasiləsinə ən yaxşı yollanmaq üçün kifayət edib. 2015/16 mövsümündə Riçard Almeyda, ötən çempionatda isə Filip Ozobiçlə Dabo bunu bacarıb.
Baqalinin indiki göstəricisindən daha çox qol vuran son bombardir isə Nikolas Kanales olub. O, 2012/13 mövsümümdə 15 qol sevinci yaşayıb.
Dabonun daha bir rekordu isə ardıcıl 2-ci dəfə ilk yarını zirvədə başa vurması ilə bağlıdı. Baqali futbolumuzda canlanmanın yaşandığı 2004-cü ildən sonrakı dövrdə ardıcıl 2 belə uğur qazanan ikinci oyunçudu.
“Qəbələ”nin hücumçusundan başqa yalnız Bahodir Nasimov ardıcıl 2 mövsüm qış fasiləsinədək hamıdan çox qol vurub. Özbəkistanlı legioner “Neftçi”də oynadığı 2010/11 və 2011/12 mövsümlərində hamını arxada qoyub.
Qış fasiləsinə bombardir kimi yollananlar
2004/05: Zaur Ramazanov (Karvan) – 17
2005/06: Əhməd Ticani (Şahdağ) - 11
2006/07: Zaur Ramazanov (Xəzər Lənkəran) - 10
2007/08: Branimir Subaşiç (Neftçi) - 10
2008/09: İvan Svetkov (“Xəzər-Lənkəran”) - 10 qol; Amiran Mucuri (“Bakı”) - 9 qol
2009/10: Anatoli Doroş ("Olimpik-Şüvəlan"), Girts Karlsons (“İnter”), Adrian Neaqa ("Neftçi") - 7
2010/11: Bahodir Nasimov ( Neftçi ) - 15
2011/12: Bahodir Nasimov (Neftçi) - 11
2012/13: Nikolas Kanales (Neftçi) - 15
2013/14: Vaqif Cavadov (İnter) - 9
2014/15: Nurlan Novruzov (“Bakı”) – 9
2015/16: Riçard Almeyda (“Qarabağ”) – 7
2016/17: Baqali Dabo, Filip Ozobiç (hər ikisi “Qəbələ”) – 7
2017/18: Baqali Dabo (“Qəbələ”) – 9