[b]“Zirə” yenə qələbəyə həsrət qaldı[/b]
23.07.2018 - 19:28
Boluda təlim-məşq toplanışında olan “Zirə” bu gün ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin rəqibi Türkiyənin “Girəsunspor” klubu olub.
Bundan əvvəlki “Əl-Xaritiyah”la matçda (1:1) olduğu kimi bu qarşılaşmada da Ayxan Abbasovun komandası qələbəyə həsrət qalıb. Oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Zirə” Bolu toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək.
0
0