7 gimnastımız finala vəsiqə qazanıb
06.12.2024 - 11:32
Özbəkistanın paytaxtı Daşkənddə batut gimnastikası üzrə “Beyond the Sky” yarışı davam edir.
Apasport.az xəbər verir ki, dekabrın 3-də start götürən turnirdə millimizin üzvləri yüksək nəticə göstəriblər.
Gimnastlarımız Ayan Şabanova, Samirə Hüseynova, Səma Cəfərova, Şəfiqə Hümbətova, Əli Niftəliyev, Ammar Baxşalıyev və Fərhad Mustafayev final mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, yarış dekabrın 7-də başa çatacaq.
- Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
- Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb
- Gimnastlarımız Avropa çempionatında iştirak edib
- Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib
- Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
0
0