Bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb
01.05.2024 - 17:31
Bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb.

Apasport.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Avropa Gimnastikası yarışında yenilikdir.

Mükafat fondunun ümumi məbləği 40 000 avro təşkil edir. Çarpaz qarşılaşmalarda qalib 8000, ikinci yer 5000, üçüncü yer 3000, dördüncü yer 2000, 5-8-ci yerlərin hər biri 1000, 9-16-cı yerlərin hər biri 500 avro qazanacaq. Böyüklərdən ibarət qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qalib 5000, gümüş medalın sahibi 3500 və bürünc mükafatçı 2500 avroya sahibi olacaq. Gənclər yaş qrupları yarışında komanda hesabında qalibi 1300, ikinci yeri tutanı 1000, üçüncü yerin sahibini isə 700 avro gözləyir.

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa Kuboku mayın 3-5-də Milli Gimnastika Arenasında baş tutacaq.

0