Dünya Oyunlarında uğurlu çıxış edən gimnastlarımız Vətənə qayıdıblar
11.08.2025 - 23:36
Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında akrobatika və tamblinq üzrə uğurla çıxış edən gimnastlarımız Vətənə qayıdıblar.
Apasport.az xəbər verir ki, idmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gimnastika Federasiyasının əməkdaşları, idmançıların ailə üzvləri qarşılayıblar.
Akrobatlar Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü və tamblinqçi Tofiq Əliyev Oyunların gümüş medallarını qazanıblar.
- İki gimnastımız Dünya Kubokunun finalında
- Azərbaycan gimnastları Dünya Kubokunda daha iki medal qazanıblar
- Gimnastlarımız mübarizəyə başlayıblar
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək
0
0