Gəncə İdman Sarayında start götürən aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, 18 ölkədən 151 gimnastın iştirak etdiyi yarışın ikinci günündə təsnifat mərhələsi baş tutub.
İdmançılar qarışıq cütlük, üçlük, qrup və aerodans kateqoriyaları üzrə təsnifat mərhələsində çıxışlarını tamamlayıblar.
Aerobika gimnastikası üzrə milli komandamızın favorit cütlüyü Mədinə Mustafayeva və Vladimir Dolmatov təsnifat mərhələsindəki çıxışına əsasən final mərhələsinə vəsiqə qazanıb.
Yarışın ikinci günündə, həmçinin komanda hesabında mükafatlandırma baş tutub. 1-ci yerdə İtaliya, 2-ci yerdə Rumıniya, 3-cü yerdə İspaniya komandası qərarlaşıb.
- Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
- Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb
- Gimnastlarımız Avropa çempionatında iştirak edib
- Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib
- Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək