Azərbaycanın qrup hərəkətləri komandası Bolqarıstanın Burqas şəhərində keçirilən bədii gimnastika üzrə Avropa kubokunda gümüş medal qazanıb.
Apasport.az xəbər verir ki, komandamız Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Sofiya Məmmədovadan ibarət heyətlə üç top və iki halqa ilə kompozisiyanın icrasından sonra fəxri kürsüdə yer alıb.
Gimnastlarımız 25,150 xal toplayaraq ikinci yeri tutublar. Qızıl medal isə Bolqarıstan gimnastlarına qismət olub.
Eyni zamanda, beş lentlə icra edilən kompozisiya komandamıza dördüncü yeri qazandırıb.
Komanda həmçinin çoxnövçülükdə mayın 17-də keçiriləcək finala - "Cross Battle" yarışına vəsiqə qazanıb.
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
- Azərbaycan komandası Avropa festivalında qızıl medal qazanıb
- Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
- Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
- Gimnastlarımızdan Dünya kubokunda qızıl medal