Bədii gimnastika üzrə Azərbaycanın qrup hərəkətləri komandası Dünya kubokunun bürünc medalını qazanıb.
Apasport.az xəbər verir ki, gimnastlarımız çoxnövçülükdə bu uğura nail olublar.
Yığmamız 5 halqa, eləcə 3 lent və 2 topla çıxışda final mərhələsinə vəsiqə əldə edib. Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komandamız iki növün cəmində 69,050 bal toplayıb. Bu nəticə gimnastlarımıza bürünc qazanmaq imkanı verib.
Qeyd edək ki, qrup hərəkətləri komandası sabah 5 halqa, eləcə 3 lent və 2 topla sabah finalda yarışacaq.
- İki gimnastımız Dünya Kubokunun finalında
- Azərbaycan gimnastları Dünya Kubokunda daha iki medal qazanıblar
- Gimnastlarımız mübarizəyə başlayıblar
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək