Gimnastlarımız Dünya Kubokunda qızıl medal qazanıblar
24.03.2025 - 11:59
Gimnastlarımız Dünya Kubokunda qızıl medal qazanıblar

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar.

Apasport.az xəbər verir ki, bu barədə Gimnastika Federasiyasından bildirilib.

Məlumata görə, Azərbaycanın gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda uğurla çıxış ediblər. Onlar qarışıq cütlük proqramında qızıl medal qazanıblar.

Hakimlərdən 19.350 xal alan idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.