22-26 iyul tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində “5th World Gym for Life Challenge”i keçirilib.
Apasport.az xəbər verir ki, festivalda 33 ölkədən 3700-dən çox gimnast iştirak edib.
Tədbir gimnastikanın yalnız idman deyil, həm də sənət və birliyə çağırış olduğunu bir daha nümayiş etdirib.
Ölkəmizi bu yarışda "Gimnastika hamı üçün" növü üzrə təmsil edən milli komandamız da uğurlu çıxışı ilə fərqlənib.
Müxtəlif yaş və bacarıq səviyyəsinə malik üzvlərdən ibarət olan “Flame” komandası kreativ xoreoqrafiyası, səhnə estetikası və yüksək komanda ruhu ilə münsiflərin diqqətini cəlb edib və yarışmanın ikinci yerinə layiq görülüb.
- Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
- Gimnastlarımızdan Dünya kubokunda qızıl medal
- Bu gün batut və tamblinq üzrə ölkə çempionatı start götürəcək
- Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazanıblar
- Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar