Gimnastlarımız tarixi uğura imza atıblar
20.07.2025 - 15:16
Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında gimnastlarımız tarixi uğura imza atıblar.
Apasport.az xəbər verir ki, böyüklərdən ibarət qrup hərəkətləri komandası - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan, Darya Sorokina, Kamilla Əliyeva çoxnövçülükdə 50.500 xalla qızıl medalın sahibi olublar.
Lent ilə proqramda da birinciliyi qoruyan komanda 22.850 xalla yenə kürsünün ilk pilləsində yer alıb.
Qrup hərəkətləri komandamız üç top və iki halqa ilə proqramda isə 23.950 xalla gümüş medalın sahibi olub.
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
- Azərbaycan komandası Avropa festivalında qızıl medal qazanıb
- Azərbaycan gimnastları SCALABISCUP beynəlxalq turnirini 12 medalla başa vurublar
- Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
- Gimnastlarımızdan Dünya kubokunda qızıl medal
0
0